• Bakı 24° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

“Qalatasaray”ın sabiq üzvü futboldan uzaqlaşdırıldı

İDMAN

24 Avqust 2025 | 18:00

“Qalatasaray”ın sabiq üzvü futboldan uzaqlaşdırıldı

İranın “Persepolis” klubunun üzvü Serj Orye Hepatit B xəstəliyinə yoluxduğu üçün futboldan kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyası bəyanət yayıb.

"Serj Oryenin hər hansı bir futbol fəaliyyətində, o cümlədən klubunun məşqlərində iştirak etmək, əlavə təlimatlar alınana qədər qadağan edilib", - deyə bildirilir.

32 yaşlı müdafiəçinin 6 ay müddətində müalicə alacağı deyilir.

Qeyd edək ki, Serj Orye 2024-cü ilin yayından Türkiyə “Qalatasaray”ın ayrıldıqdan sonra azad agent statusunda idi. O, iyulun 31-də “Persepolis” 1 illik müqavilə bağlayıb. Orye karyerası ərzində Fransada “Lans”, “Tuluza”, PSJ, İngiltərədə “Tottenhem”lə “Nottingem Forest”, İspaniyada isə “Vilyarreal”ın şərəfini qoruyub.


SON XƏBƏRLƏR