• Bakı 24° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

İstanbul boğazından gəmilərin keçidi olub

DÜNYA

24 Avqust 2025 | 18:12

İstanbul boğazından gəmilərin keçidi olub

Türkiyədə bu il “Mavi Vətən” mövzusunda təşkil olunan TEKNOFEST çərçivəsində İstanbul Boğazında gəmilərin keçid mərasimi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, nümayiş olunan dəniz vasitələri arasında Türkiyənin ən böyük hərbi gəmisi TCG Anadolu, Qazi Mustafa Kamal Atatürkün təmiri tamamlanan yaxtası TCG Savarona, həmçinin Oruçreis, İstanbul, Heybeliada, Kalkan, Alanya, Sancaktar gəmiləri və Hızırreis sualtı gəmisi də yer alıb.

İstanbulun Yavuz Sultan Səlim körpüsündən başlayan mərasim boğaz boyu davam edib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçirilən tədbirdə iştirak edən gəmilərdə ölkənin Gənclər və İdman Nazirliyi ilə T3 Vəqfi tərəfindən seçilən 250 tələbə yer alıb.


SON XƏBƏRLƏR