• Bakı 28° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı artır

DÜNYA

24 Avqust 2025 | 11:01

Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı artır

Yəmənin 4 vilayətində baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, həyatını itirənlərin sayı 7-yə çatıb, onlardan 5-i uşaqlardır.

Məlumata görə, Şəbvə, Hadramevt, Lahic və Həccə vilayətlərində yağan leysan yağışları güclü selə səbəb olub.

Lahicin Tuben rayonunda baş verən seldə 1 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində bir sıra evlər dağılıb.

Ölkənin Meteorologiya və Xəbərdarlıq Mərkəzi qarşıdakı saatlarda da intensiv yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.


SON XƏBƏRLƏR

23 Avqust 2025