"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və Ukraynaya, ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
“Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq.
Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”,- paylaşımda deyilir.