• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Britaniya Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək

DÜNYA

24 Avqust 2025 | 22:41

Britaniya Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək

Böyük Britaniyanın təlimatçıları 2026-cı ildə Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın hərbi idarəsinin bəyanatında deyilir.

Məlumata görə, “İnterfleks” əməliyyatının (Ukraynalı hərbçilərin Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin standartlarına uyğun hazırlanması proqramı – red.) ən azı 2026-cı ilin sonuna qədər uzadıldığını müdafiə naziri Con Hili bəyan edib.

Nazirin sözlərinə görə, 2022-ci ilin əvvəlindən bu təlim proqramı çərçivəsində 50 mindən çox ukraynalı hərbçi həyati vacib döyüş bacarıqları əldə edib. Beş həftədən yeddi həftəyə qədər uzadılan təlim əsasən Böyük Britaniyada həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026