• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir

SİYASƏT

24 Avqust 2025 | 14:19

Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir

 ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq həmin ölkənin Müstəqillik Günündə Kiyevə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Müstəqillik Günü münasibətilə keçirilən şənliklərin yayımına istinadən məlumat yayıb.

Kelloq Kiyevin mərkəzində Ukrayna lideri Volodimir Zelenskinin çıxış etdiyi Müstəqillik Günü münasibətilə keçirilən şənliklərdə iştirak edib.

Bundan əlavə, tədbirdə Kelloqla yanaşı, digər ölkələrin nümayəndələri və rəsmiləri, xüsusən Kanadanın Baş naziri Mark Karni iştirak edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kit Kelloqu 1-ci dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.


SON XƏBƏRLƏR

23 Avqust 2025