• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

SİYASƏT

23 Sentyabr 2025 | 11:26

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.

Mərasimdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol" imzalanıb.

Qeyd edək ki, imzalama mərasimindən əvvəl nazirlər Qarabağ Universiteti ilə tanış olublar. Qonaqlara universitetdə yaradılan maddi-texniki baza və tədris prosesi barədə məlumat verilib.


SON XƏBƏRLƏR

22 Sentyabr 2025