• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 20:49

İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu

Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

Bakıvaxtı.az  bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Tehranda İran və Azərbaycan arasında keçirilən Birgə İqtisadi Komissiyanın iclasında iki ölkənin rəsmiləri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində əməkdaşlıq, infrastruktur layihələrinin sürətləndirilməsi, gömrük və logistika problemlərinin həlli, eləcə də güzəştli ticarət razılaşmalarının davam etdirilməsi əsas müzakirə mövzuları olub.

Fərzanə Sadiq bildirib ki, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri fonunda iki ölkə arasında iqtisadi əlaqələr daha da dərinləşib. O, əlavə edib ki, Kəlalə-Ağbənd körpüsü qarşıdan gələn Novruz bayramına qədər istifadəyə veriləcək, Kəlalə-Culfa yolunun genişləndirilməsi isə davam edir.

Nazir, həmçinin vurğulayıb ki, mövcud razılaşmalar nəticəsində ticarət dövriyyəsinin illik həcmi 650 milyon dollardan 1 milyard dollara çatdırıla bilər.

Şahin Mustafayev isə bank sektorundakı məhdudiyyətlərin aradan qaldırıldığını, Bakı-Tehran və Bakı-Təbriz aviareyslərinin artırılması planını qeyd edərək, neft-qaz, neft-kimya və ticarət sahələrində əməkdaşlığın böyük potensiala malik olduğunu deyib.

O, habelə bildirib ki, 2025-ci ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib və bu göstəricinin artırılması üçün əlverişli imkanlar mövcuddur


SON XƏBƏRLƏR