• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

DÜNYA

22 Sentyabr 2025 | 16:18

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Pakistanın ucqar sərhəd bölgəsində hava zərbəsi nəticəsində ən azı 23 mülki şəxs həlak olub, onların arasında yeddi qadın və dörd uşaq var.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli mənbələr bildirib.

Məlumata görə, bombardman dörd yaşayış evini dağıdıb.

Zərbə endirilən ərazi Əfqanıstanla sərhədin yaxınlığında yerləşir və son aylarda təhlükəsizlik qüvvələrinə hücumları aktivləşdirən "Tehrik-i-Taliban Pakistan" (TTP) hərəkatı döyüşçülərinin dayaq nöqtələrindən biri hesab olunur.

Həlak olanların sayını təsdiqləyən Peşavardakı təhlükəsizlik xidməti əməkdaşı bildirib ki, bu ərazidə döyüşçülərin öz ailələri ilə yaşadığı "onlarla TTP sığınacağı" var.


SON XƏBƏRLƏR