AvtoVAZ 8000-dən çox "Lada XRAY" avtomobilini geri çağırıb.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bununla bağlı şirkət açıqlama yayıb.
Açıqlamaya görə, proqramın bir hissəsi olaraq, hətta istehsalda olmayan avtomobillər də ERA-GLONASS aqreqatları ilə yenidən təchiz oluna bilər. Hazırda aqreqatların 2021–2022-ci illərdə istehsal olunmuş 8209 Lada XRAY avtomobilində quraşdırılması planlaşdırılır.
AvtoVAZ vurğulayıb ki, bütün işlər sahiblər üçün pulsuz həyata keçirilir. Uyğun nəqliyyat vasitələrinin sahibləri səlahiyyətli dilerlərdən dəvət alacaqlar. Onlar rəsmi Rosstandart saytında VIN kodu daxil etməklə, avtomobillərini özləri də yoxlaya bilərlər.
Məlumata görə, bu cür avtomobillər 31 dekabr 2027-ci il tarixinədək təcili çağırış cihazı və ya sistemi ilə yenidən təchiz edilməlidir.
Gülşən Şərif