• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Rusiyada avtobus aşıb - 2 ölü, 9 yaralı

DÜNYA

22 Oktyabr 2025 | 12:40

Rusiyada avtobus aşıb - 2 ölü, 9 yaralı

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində avtobusun aşması nəticəsində iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yuqra hökumətinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, sürücü idarəetməni itirib və avtobus yol kənarına çıxaraq aşıb. Yaralılar Xantı-Mansiysk Dairə Klinik Xəstəxanasına çatdırılıblar. Avtobusda 16 nəfər olub, ölü və yaralılar arasında yetkinlik yaşına çatmayan olmayıb.

Bildirilir ki, yaralılara və həlak olanların ailələrinə göstərilən yardım şəraitinə dair vəziyyət regionun qubernatoru Ruslan Kuxarukun şəxsi nəzarətindədir. Hadisə ilə bağlı daxili işlər orqanları araşdırma aparır, hazırda səbəblər və hadisənin təfərrüatları müəyyən edilir.


SON XƏBƏRLƏR