ABŞ-nin Yaxın Şərqə müdaxiləsi soyqırım və qırğınlara səbəb olub.
Bakıvaxtı.az "Əl-Manar telekanalına istinadən xəbər verir ki, bunu "Hizbullah" lideri Naim Qassem deyib.
O, bildirib ki, İsrail hökumətinin siyasəti Vaşinqtonun xidmətindədir:
"Livan İsrailə və ya Amerikaya istədiklərini verə bilməz. İsrail öz məqsədlərinə çatmayıb və çatmayacaq".
N. Qassem İsraili ABŞ və Fransanın vasitəçiliyi ilə 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasını pozmaqda günahlandırıb.
Gülşən Şərif