• Bakı 17° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

İran-İraq Təhlükəsizlik Paktı regional sabitlik üçün faydalıdır - Qalibaf

DÜNYA

22 Oktyabr 2025 | 14:43

İran-İraq Təhlükəsizlik Paktı regional sabitlik üçün faydalıdır - Qalibaf

İran və İraq arasında ikitərəfli və regional əməkdaşlıq özünəməxsus rola malikdir.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

O, İran və İraq arasında təhlükəsizlik sazişinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, onu davamlı sabitlik və ikitərəfli münasibətlərin dərinləşməsi üçün təməl kimi xarakterizə edib.

"Bu razılaşma hər iki ölkə və daha geniş region üçün uzunmüddətli baxışla davamlı təhlükəsizliyin yaradılması istiqamətində ciddi addımdır. Ümid edirik ki, İran və İraq arasında imzalanan təhlükəsizlik sazişi və qarşıda duran yol ilə müxtəlif ölçülərdə daha böyük sabitliyə nail olacağıq və iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha dərinləşəcək". 

Gülşən Şərif


SON XƏBƏRLƏR