• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan parlamentinin spikeri: Aİ-ni ölkədəki terrorçuları dəstəkləyir

DÜNYA

22 Oktyabr 2025 | 15:23 | Müəllif: Gülşən Şərif

Gürcüstan parlamentinin spikeri: Aİ-ni ölkədəki terrorçuları dəstəkləyir

"Avropalı diplomatlar ölkələr arasında divarlar deyil, körpülər inşa etməlidirlər".

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Brüsseli ölkədə iğtişaşlar yaradan terrorçuları dəstəkləməkdə ittiham edib:

"Brüsselin seçdiyi anti-Gürcüstan yolunun terrorçuların dəstəklənməsinə gətirib çıxardığı çoxdan bəllidir. Biz bu reallığa ayıq nəzər salmalıyıq. Bəzi diplomatlar gürcü xalqı üçün divar, terrorçular və zorakı aktyorlar üçün körpü tikirlər".

Qeyd edək ki, bu il oktyabrın 4-də müxalifət hökuməti devirmək məqsədi ilə etiraz aksiyası təşkil edib. Etirazçılar prezident sarayına basqın edərək iqamətgahın darvazalarını sökməyə cəhd ediblər, lakin çevik qüvvət polisi onların binaya daxil olmasına mane olub. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026