• Bakı 14° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Tokayev: Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır

DÜNYA

21 Noyabr 2025 | 14:21

Tokayev: Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır

Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, mühüm müzakirə mövzusu sənaye, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma, tikinti və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi olub.

Qazaxıstan lideri vurğulayıb ki, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin qurulmasına əlverişli şərait yaradır.

“Biz həmçinin “Tramp marşrutu” layihəsində iştirak marağımızı təsdiqləyirik”, - Tokayev əlavə edib.


SON XƏBƏRLƏR