• Bakı 19° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Məzahir Pənahovun yola salınacağı gözlənilir

CƏMİYYƏT

22 Sentyabr 2025 | 16:44

Məzahir Pənahovun yola salınacağı gözlənilir

Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır.

Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb.

Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Yəni ən geci gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək. Bu müddətin bir qədər əvvələ də çəkilməsi də istinsa edilmir.

Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq. 25 ildir MSK-ya rəhbərlik edən Pənahov son dövlərdə mediada daha çox ailə problemləri ilə gündəmə gəlib.

Belə ki, Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal yaşanıb. Onun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.

Mediaya yayılan məlumatlara görə, Pənahovun oğlunun Bakının “Milyonçular məhəlləsi” kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli villası olsa da, o, hazırda Azərbaycanda yaşamır. Amerikada olan məmur övladını məhkəmədə vəkilləri təmsil edir.

Ən geci gələn ilin aprelində Milli Məclisdə MSK-nın tərkibi yenidən formalaşacaq.  Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Məzahir Pənahovun yeni tərkibdə olmayacağı gözlənilir. Komissiyanın yeni sədrinin tanış sima olacağı barədə də xəbərlər yayılıb.


SON XƏBƏRLƏR