Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı "Ford Transit" markalı avtomobil vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




