• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yanğın baş verən ərazidəki obyektlərin köçürülməsi planlaşdırılırmış

HADİSƏ

21 Yanvar 2026 | 16:36

Yanğın baş verən ərazidəki obyektlərin köçürülməsi planlaşdırılırmış

Bakının Ziya Bünyadov prospektində yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a mağaza sahibləri məlumat veriblər.

Sahibkarların sözlərinə görə, bir neçə ay əvvəl mağaza sahibləri ilə bu barədə danışıqlar aparılıb, ərazidəki obyektlərin qiymətləndirilməsi ilə bağlı işlər başlanılıb.

Lakin müəyyən səbəblərə görə köçürülmə prosesi gecikib: "Gəlib danışılmışdı, mağazaların qarşısına köçürülmə ilə bağlı işarələr vurulmuşdu. Amma sonradan söhbət uzandı".

Sahibkarlar bildirirlər ki, yanğın nəticəsində mağazalar və anbarda olan materiallar yanıb, sahibkarlara 1 milyon manata yaxın ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026