• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ankarada universitet ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verildi

CƏMİYYƏT

23 Dekabr 2025 | 08:56

Ankarada universitet ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verildi

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

Bu gün 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.


Ankarada universitet ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verildiAnkarada universitet ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026