Şimali Kaliforniyada davam edən güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Çayların daşması nəticəsində insanlar evlərində və maşınlarında ilişib qalıb. Su basmış maşında ilişib qalan insanlardan birini xilas etmək mümkün olmayıb. Təcili yardım xidmətlərinə zərərçəkmişdən zəng daxil olub və polis onu sudan çıxara bilib. Lakin o, həlak olub.
Hakimiyyət orqanları yağışların yaratdığı mümkün sürüşmə və palçıq sürüşmələrindən narahatdır. Ümumilikdə, təhlükəli ərazilərdə 30 milyon insan yaşayır.
Aynur Babazadə
Bakı 




