ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Rusiya və Ukrayna ilə bağlı danışıqlar mövzusunda ciddi fikir ayrılıqları yaranıb.
Bakıvactı.az "NBC Nyus"a istinadən xəbər verir ki, bu barədə diplomatik və siyasi dairələrdəki mənbələr bildiriblər.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının iki yüksək vəzifəli rəsmisi Rusiya–Ukrayna müharibəsinin uğurlu nəticəsini fərqli şəkildə görürlər. Rubio hesab edir ki, sülhə nail olmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır, Uitkoff isə daha çox Ukraynanın güzəştlərə getməsini dəstəkləyir.
Mənbələrə əsasən, Rubio Cenevrədə Ukrayna nümayəndələri ilə görüşdə iştirak etməyi planlaşdırırdı, lakin Uitkoff dövlət katibindən əvvəl ora gedərək onun iştirakı olmadan danışıqları aparmağa çalışıb. Buna baxmayaraq, Rubio vaxtında Cenevrəyə çataraq danışıqlarda iştirak edib. Oxşar vəziyyət apreldə Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı da yaşanıb.
Bakı 




