• Bakı C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Madurodan ABŞ-a: Özümüzü müdafiə etməyə hazırıq!

DÜNYA

23 Dekabr 2025 | 00:34

Madurodan ABŞ-a: Özümüzü müdafiə etməyə hazırıq!

Venesuela sülhə olan istəyini bir daha təsdiqləyir, lakin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Latın Amerikası və Karib dənizi ölkələrinin dövlət başçılarına, eləcə də bütün BMT-yə üzv dövlətlərə ünvanladığı məktubda deyilir.

"Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda suverenliyini, ərazi bütövlüyünü və sərvətlərini qanuna uyğun olaraq müdafiə etməyə hazır olduğunu açıq şəkildə bildirir”, - deyə Maduro qeyd edib.

Prezident vurğulayıb ki, Venesuela ABŞ-ın hərbi təzyiqinə səbəb olan heç bir hərəkət etməyib.

Dövlət başçısı ABŞ-ın beynəlxalq sularda təxminən 4 milyon barel Venesuela nefti daşıyan iki tankeri ələ keçirdiyini və neft daşıyan tankerlərə tam dəniz blokadası tətbiq etdiyini açıqlayıb.


SON XƏBƏRLƏR

22 Dekabr 2025