Almaniya təmsilçisi "Bavariya" Ekvadorun 17 yaşadək futbolçulardan ibarət millisinin mərkəz müdafiəçisi Virqilio Olaya ilə müqavilə imzalamaq üçün razılığa gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu fevral ayında Münhen klubu ilə 4,5 illik müqavilə imzalayacaq. "Bavariya" artıq oyunçunun icarə əsasında oynaması üçün uyğun klub axtarır.
Qeyd edək ki, Olaya Ekvadorun "Aukas" klubunda çıxış edir.
Bakı 




