• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Serbiya klubunun yeni baş məşqçisi məlum oldu

İDMAN

22 Dekabr 2025 | 19:01 | Müəllif: Subhan Mahmudov

Serbiya klubunun yeni baş məşqçisi məlum oldu

Serbiyanın ən titullu klubu olan “Srvena Zvezda”nın yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az Belqrad təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, komanda Deyan Stankoviçə tapşırılıb. Serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, məşqçiliyə “Srvena Zvezda”da başlayan D. Stankoviç 2019-cu ilin dekabrından 2022-ci ilin avqust ayınadək bu komandaya rəhbərlik edib. Bu müddət ərzində o, paytaxt təmsilçisinə 3 dəfə Serbiya çempionluğunu, 2 dəfə isə ölkə kubokunu qazandırıb.

Təcrübəli mütəxəssis son olaraq Rusiyanın “Spartak” (Moskva) komandasının baş məşqçisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026