• Bakı C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Sabah Sumqayıtda 900 abonentin qazı olmayacaq

CƏMİYYƏT

22 Dekabr 2025 | 23:49

Sabah Sumqayıtda 900 abonentin qazı olmayacaq

Sumqayıtda 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstehsal Sahəsindən (QİS) Bakıvaxtı.az-a bildirilib ki, dekabrın 23-də şəhərin Yaşıl dərə yaşayış massivinin bir hissəsində yeni quraşdırılmış Şəhər Qaz Tənzimləyici Məntəqəsinin (ŞQTM) mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aparılacaq işlərlə əlaqədar ərazidə yerləşən ümumilikdə 900 abonentin qazla təminatında fasilə yaranacaq. Qaz təchizatı işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.


SON XƏBƏRLƏR

22 Dekabr 2025