• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

“Azərişıq” elektrik enerjisinin verilişinin bərpası üçün fasiləsiz işləyir - VİDEO

CƏMİYYƏT

21 Yanvar 2026 | 18:20

“Azərişıq” elektrik enerjisinin verilişinin bərpası üçün fasiləsiz işləyir - VİDEO

Ölkə ərazisində yağan aramsız qar cənub regionunda - Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq  xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür.  Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.

Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları  böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır.  Artıq əksər kəndlərdə enerjinin verilişi təmin olunub.  Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

 


SON XƏBƏRLƏR