• Bakı C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Xəzər dənizi Ukraynaya göründüyündən daha yaxındır

DÜNYA

22 Dekabr 2025 | 23:06

Xəzər dənizi Ukraynaya göründüyündən daha yaxındır

Rusiya çox güman ki, Xəzər dənizindən Ukraynaya "Kalibr" qanadlı raketləri atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.

O, bu yaxınlarda Xəzər dənizində 22460 saylı "Oxotnik" hərbi gəmisinin məhv edilməsi ilə bağlı sualı cavablandırarkən deyib:

"Xəzər dənizi bizə göründüyündən bir az daha yaxındır. Bir vaxtlar, tammiqyaslı işğalın əvvəlində ruslar oradan müəyyən bölmələri sularımıza yerləşdirdilər. Tammiqyaslı işğal zamanı kiçik raket gəmiləri kimi ən son silahların bəzilərini qorumaq üçün ora köçürdülər".

O əlavə edib ki, dənizdən atılan “Kalibr” raketləri, böyük ehtimal Xəzər dənizindən atılıb.

Onun sözlərinə görə, bu məlumat hazırda yoxlanılır.


SON XƏBƏRLƏR

22 Dekabr 2025