• Bakı C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Monqolustan Azərbaycan quzu əti idxalında liderdir

İQTİSADİYYAT

22 Dekabr 2025 | 19:05

Monqolustan Azərbaycan quzu əti idxalında liderdir

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 465,6 milyon ABŞ dolları dəyərində 114,7 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,1 dəfə, kəmiyyət olaraq 5,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 458,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 114,5 ton (+5,7 dəfə), Yeni Zelandiyadan 3,9 min ABŞ dolları dəyərində (-61 %) 0,1 ton (-67 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %) və Avstraliyadan 1,6 min ABŞ dolları dəyərində (+26 dəfə) 0,03 ton (+3 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb./Milli.az


SON XƏBƏRLƏR