• Bakı C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

"Sabah" Premyer Liqanın qış çempionu oldu

İDMAN

22 Dekabr 2025 | 22:16

Sabah Premyer Liqanın qış çempionu oldu

Premyer Liqada bu gün ilin son oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.

Belə ki, "Sumqayıt" evdə "Sabah"ı qəbul edib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək xal sayını 37-yə çatdırıb və fasiləyə lider olaraq yollanıb.

Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.

Bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.

19:30. "Sumqayıt" – "Sabah" 1:3

Qollar: Ronaldo Vaskes, 66 // Velko Simiç, 26; 50. Keffel Resende, 60-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.


SON XƏBƏRLƏR

22 Dekabr 2025