• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu şərab evində saxta alkoqollu içkilər AŞKARLANDI

CƏMİYYƏT

22 Dekabr 2025 | 19:53 | Müəllif: Subhan Mahmudov

Bu şərab evində saxta alkoqollu içkilər AŞKARLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, H.Əliyev prospektində “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, “Vip Line” və ”Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026