• Bakı C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

II Qareginlə bağlı göstəriş verildi - HƏBS olunur?

DÜNYA

23 Dekabr 2025 | 10:00

II Qareginlə bağlı göstəriş verildi - HƏBS olunur?

Bütün ermənilərin katolikosu II Qareginin yaxın adamları Baş nazir Nikol Paşinyanın göstərişi ilə həbs oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazıb ki, baş nazir 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər erməni kilsəsini hökumətə tabe etmək və II Qaregini vəzifəsindən uzaqlaşdırmağı planlaşdırıb:

"Məlumata görə, Nikol Paşinyan kilsə və katolikos məsələlərini nəyin bahasına olur-olsun, həll etmək qərarına gəlib. Onun planı belədir: yepiskopları tərəfinə çəkir, öz dəstəsi ilə kafedrala (Eçmiədzin) girir, bundan əvvəl kilsəni II Qareginin adamlarından təmizləmək üçün polisdən istifadə edir və lazım gələrsə, katolikosu diz çökdürmək üçün digər yaxın adamlarını həbs etdirir. Paşinyan seçkilərdən əvvəl məsələni nəyin bahasına olur-olsun, həll etmək qərarı verib”.

Mənbə Ermənistan Baş nazirinin artıq hüquq-mühafizə orqanlarına müvafiq göstərişi verdiyini bildirib./Sfera.az


SON XƏBƏRLƏR

22 Dekabr 2025