• Bakı C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Qızılın qiyməti tarixi maksimumu yenilədi

İQTİSADİYYAT

23 Dekabr 2025 | 08:28

Qızılın qiyməti tarixi maksimumu yenilədi

Gələn ilin fevral ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dollar həddini keçib.

Bakıvaxtı.az xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 04:13-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,57 faiz artaraq tarixi maksimum – 4 500,2 dollar təşkil edib.

Cəmi dörd dəqiqə sonra qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 4 500,9 dollara çatıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Nyu-York Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiyası üçün 4 000 dollar həddini aşmışdı. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti növbəti rekordunu yeniləyərək bir troya unsiyası üçün 4 200 dollar (təxminən 31 qram) səviyyəsini keçmişdi.


SON XƏBƏRLƏR

22 Dekabr 2025