Moskvada üçüncü dəfə yüksək rütbəli zabitin öldürülməsi ilə Rusiya ordusu ən yüksək səviyyədə zərbə alıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Rusiya müstəntiqləri general-leytenant Sarvarovun ölümünə səbəb olan avtomobil partlayışının arxasında Ukrayna kəşfiyyat xidmətlərinin durduğundan şübhələnirlər.
Qeyd edək ki, 2024-cü ildə ölkə prezidenti Vladimir Putin daha bir yüksək rütbəli zabitin öldürülməsini təhlükəsizlik qüvvələrinin ciddi uğursuzluğu adlandırmışdı.

Məlumat üçün bildirək ki, Baş Qərargahın Əməliyyat Təlimi İdarəsinin əməkdaşı general-leytenant Fanil Sarvarov Moskvada, paytaxtın cənub rayonlarından birində avtomobilinin partladılması nəticəsində həlak olub. İstintaq Komitəsi sadəcə olaraq Ukrayna xüsusi xidmət orqanlarının hücum ehtimalını araşdırdığını bildirib.
Dünən səhər saatlarında 56 yaşlı Sarvarov özünün "Kia Sorento" markalı avtomobilini işə salarkən, avtomobil partlayıb. Ağır yaralanan general-leytenant qısa müddət sonra xəstəxanada ölüb. İlkin araşdırmalara görə, əldəqayırma partlayıcı qurğu nəqliyyat vasitəsinin altına, sürücü oturacağının yaxınlığında yerləşdirilib.
Aydın Baxış
Bakı 




