Azərbaycanda beyin ölümü reallaşdıqdan sonra, reanimasiyada həyatını itirən şəxslərdən ümumilikdə 15 orqan donor kimi götürülüb. Onlardan ən gənci təqribən 30 yaşında, ən yaşlı meyit donor isə 68 yaşında olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Vahid İnformasiya Sistemi vasitəsi ilə orqan mənbəyi olan xəstəxanalar (respublika üzrə reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütün xəstəxanalar) m 9/15 və daha aşağı ağır xəstə olarsa, həmin xəstələr sistemdə göstərilir. Nəticədə reanimasiyada vəziyyəti ağır olan xəstə həyatını itirdikdən sonra Mərkəz onun ailəsi ilə danışıqlar aparır, razılıq aldığı halda meyitin orqanlarını donor kimi götürülür.