• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

Vərəm zamanı xəstənin çəkisi azalır

CƏMİYYƏT

22 Oktyabr 2025 | 15:12

Vərəm zamanı xəstənin çəkisi azalır

"Ağciyərdə olan hər bir patologiya eyni simptomlarla başlayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə,  vərəmdə spesifik xüsusiyyətlər olur.

İ.Axundova nəzərə çatdırıb ki, vərəmdə öskürəyin müddətinə fikir vermək lazımdır. Dediyinə görə, öskürəyin bəlğəmli olub-olmaması, qan izlərinin müşahidə edilməsinə də fikir verilir.

"Vərəm zamanı xəstənin 1-2 ay ərzində çəkisi azalır. Həmçinin 2-3 həftədən çox çəkən öskürək vərəmdən şübhələnməyə əsas verir".

İradə Axundova onu da vurğulayıb ki, müayinə zamanı xəstənin son günlərdə vərəm xəstələri ilə kontaktda olub-olmaması öyrənilməlidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR