Məktəblilərin payız tətili artıq başa çatdı. Bu gündən etibarən ölkə üzrə bütün ümumtəhsil müəssisələrində dərslər bərpa olunub.
Adətən tətildən sonrakı ilk gün məktəblərdə şagird davamiyyəti bir qədər aşağı olir. Valideynlərin əksəriyyəti övladlarını tətildən sonrakı gün məktəbə buraxmır. Belə hallara ilk dərs günü cüməyə təsadüf edəndə daha çox rast gəlinir. Çoxu irəlidə şənbə-bazar günləri olduğundan, daha bir günü də “tətil” etməyi qənimət sayır.
Bakıvaxtı.az tətil sonrası məktəblərdə davamiyyət göstəriciləri ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) aidiyyəti qurumlara sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.
Onun sözlərinə görə, təlim-tədris prosesi ənənəvi qaydada fasiləsiz olaraq davam edir.
Aynur Babazadə
Bakı 



