• Bakı 14° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Maşın nömrələri ilə bağlı daha bir YENİLİK

CƏMİYYƏT

21 Noyabr 2025 | 14:43

Maşın nömrələri ilə bağlı daha bir YENİLİK

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

- İlk 3 rəqəm - region kodu,

- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,

- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.


SON XƏBƏRLƏR