• Bakı 14° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Paşinyan: Sirr deyil ki, Ermənistanla Azərbaycan arasında sülh Almatı bəyannaməsinə əsaslanır

SİYASƏT

21 Noyabr 2025 | 14:36

Paşinyan: Sirr deyil ki, Ermənistanla Azərbaycan arasında sülh Almatı bəyannaməsinə əsaslanır

Baş nazir Nikol Paşinyan Ermənistanın Qazaxıstanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirib.

“Qazaxıstan bizim üçün çox vacibdir, çünki Almatıda xarici işlər nazirimizlə Azərbaycanın xarici işlər naziri arasında görüşlər keçirmək imkanımız olub. Bu, bizim üçün çox şey deməkdir. Sirr deyil ki, Ermənistanla Azərbaycan arasında sülh konkret siyasi əhəmiyyətə və simvolizmə malik olan Almatı bəyannaməsinə əsaslanır. Mən çox şadam ki, mənim rəsmi səfərim nəticəsində Ermənistanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu, regionda qarşılıqlı fəaliyyətimizin yeni inkişaf səviyyəsi deməkdir, – Ermənistanın Baş naziri deyib.


SON XƏBƏRLƏR