Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni sülh planı ABŞ və Rusiya arasında razılaşma və iki ölkə prezidentləri arasında Budapeşt görüşü üçün əsas ola bilər.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, vurğulayıb ki, hazırda Amerikanın 28 bəndlik sülh planının mövcudluğunun rəsmi təsdiqi var və bu sənəd artıq Ukrayna tərəfinə təhvil verilib.
Onun sözlərinə görə, qarşıdakı iki-üç həftə münaqişənin həlli üçün həlledici olacaq:
"Budapeşt sülh sammiti yaxınlaşır. ABŞ-nin yeni planına ilkin reaksiya münaqişəyə son qoymaq üçün razılığın əldə olunmasının mümkünlüyünə ümid yaradır".
Gülşən Şərif
Bakı 



