Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları Lənkəranda "Böyük Bazar" ərazisində ət satışı məntəqələrində monitorinq keçirib, baytar nəzarətindən keçməyən ətlərin satışının qarşısı alınıb.
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, baxış zamanı Ağayev Anar İbrahim oğluna və Axundov İlqar Əlişirvan oğluna məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. Ətlərin istehlaka yararlılığının araşdırılması məqsədilə satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bakı 




