• Bakı 15° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

TBMM-də vacib iclas: Öcalanla kimlər görüşəcək? 

CƏMİYYƏT

21 Noyabr 2025 | 15:52

TBMM-də vacib iclas: Öcalanla kimlər görüşəcək? 

Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası bugünkü iclasında hazırda İmralıda saxlanılan Abdullah Öcalanla nəzərdə tutulan görüşü müzakirə edərək səsverməyə çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sabah" yazıb.

Ədalət və İnkişaf Partiyasındakı mənbələrə istinad edilən məlumata görə, alternativ təkliflərin siyahısı Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq. İmralıya kimin gedəcəyi ilə bağlı son qərarı Ərdoğan verəcək.

Bildirilir ki, komissiya üzvləri, həmçinin Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala və partiyanın qrup sədri Abdullah Gülerlə görüşüblər.

Güler görüşün nəticələrinə əsasən, ​​açıqlama verərək bildirib ki, İmralıya səfər xoş qarşılanıb və səsverməyə çıxarılacağı təqdirdə onun lehinə səs veriləcək. İmralıya gedəcək heyətdə Ədalət və İnkişaf Partiyasını kimin təmsil edəcəyi daha sonra müəyyən olunacaq.

Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) da İmralı görüşünə dəstəklərini bildiriblər. MHP sədrinin müavini Feti Yıldız qeyd edib ki, komitə bu məsələ ilə bağlı iştirakçıların səs çoxluğu ilə qərar qəbul edə bilər.

Bildirilir ki, dekabrın əvvəlinə nəzərdə tutulan görüşdən heç bir video, foto və ya audioyazı paylaşılmayacaq. Rəsmi açıqlamadan başqa heç bir açıqlama verilməyəcək.

Oxu.Az


SON XƏBƏRLƏR