Norveçin Baş naziri Yonas Qar Styore bildirib ki, Oslo Ukraynaya elektrik enerjisi və istilik təminatı üçün əlavə 98,3 milyon dollar ayırır.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazir bunu Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.
"Görüş zamanı mən Norveçin 2026-cı ilə qədər Ukraynanın dəstəklənməsi ilə bağlı planlarını təqdim etdim. İnanıram ki, Ukraynaya dəstək güclü qalacaq", - Baş nazir vurğulayıb.
O, əlavə edib ki, Norveç Ukraynaya "güclü dəstək" göstərir və buna davam edəcək.