"Faktiki yaşayış yerinə uyğun yerləşdirmə mexanizmi yalnız həvəsləndirici vakansiyalara – yəni rayon inzibati mərkəzindən 5 km və daha artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrinə aid edilir".
Baxkıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində deyib.
"Rayon mərkəzlərindəki vakansiyalar bu kateqoriyaya daxil deyil. İlk seçim hüququ həmin ərazilərdə faktiki yaşayan namizədlərə verilir. Bu yanaşma yerli şəraitə bələd olan müəllimlərin işə başlamasını asanlaşdırır, vakant yerlərdən imtina hallarını azaldır və həmin bölgələrin müəllimlə təminatında mövcud çətinlikləri aradan qaldırmağa imkan verir. Bu istiqamətdə müşahidə olunan göstəricilər kifayət qədər müsbətdir. Belə ki, faktiki yaşayış yerinə uyğun seçim mərhələsində təqdim edilən 3668 müddətsiz vakansiyadan 1519-u namizədlər tərəfindən tutulub. Agentlik bu addımı ümumi təhsil müəssisələrinin kadr təminatının optimallaşdırılması baxımından uğurlu hesab edir”, - Nurlan İsmayılbəyli bildirib.
Bakı 



