• Bakı 16° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.0885

"Fərhadın heykəli" hazırlanır - Ağdamın mərkəzində ucaldılacaq 

CƏMİYYƏT

22 Oktyabr 2025 | 16:53

Fərhadın heykəli hazırlanır - Ağdamın mərkəzində ucaldılacaq 

"Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir. Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

    O bildirib ki, əsərin bərpası ilə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur: "Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Azərbaycan Respublikasının Əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".


    SON XƏBƏRLƏR