• Bakı 15° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Planşet və velosiped oğurlayan şəxslər saxlanılıblar

    CƏMİYYƏT

    21 Noyabr 2025 | 16:35

    Planşet və velosiped oğurlayan şəxslər saxlanılıblar

    Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. Bununla bağlı zərərçəkən polis orqanına müraciət edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N. Nağıyeva müəyyən olunaraq saxlanılıb.

    Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A. Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR