• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Vərəmə yoluxmaq xəstələnmək demək deyil

CƏMİYYƏT

22 Oktyabr 2025 | 15:07

Vərəmə yoluxmaq xəstələnmək demək deyil

"Vərəm infeksion xəstəlikdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə xəstə insandan sağlam insana keçir:

"Heç də hər kəs xəstələnmir. Hər bir orqan vərəmə yoluxa bilər. Amma ağciyər vərəmi daha yoluxucudur".

İ.Axundova nəzərə çatdırıb ki, vərəmə yoluxmaq xəstələnmək demək deyil.

"İnsanın immuniteti zəiflədikdə bu yoluxma xəstəliyə çevrilə bilər. Xəstəlik əmələ gəldikdə məqsədimiz onu erkən aşkar edib, müalicə etməkdir".

Mina Mikayılova

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026