“Uşaqlar da vərəmə yoluxa bilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, uşaqlarda tez müalicəyə tabe olan formalar müşahidə olunur:
"Ölkəmizdə uşaqlar üçün vaksinasiya var. Yenidoğulmuşlıara doğum evlərində 3 günə qədər vaksin vurulur ki, bu, vərəmə qarşıdır".
İ.Axundova onu da bildirib ki, bu peyvəndin vurulması 100% vərəmə yoluxma olmayacaq demək deyil:
"Sadəcə peyvənd olduqda biz xəstəliyə daha sakit yanaşa bilirik. Ən diqqət edilməli hal 0-5 yaş arasıdır".
Mina Mikayılova