• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Avropanın "bulanıq suda balıq tutmaq" siyasəti: Ukrayna münaqişəsi Rusiyaya təzyiqin ən gözəl variantıdır

DÜNYA

22 Sentyabr 2025 | 16:10

Avropanın bulanıq suda balıq tutmaq siyasəti: Ukrayna münaqişəsi Rusiyaya təzyiqin ən gözəl variantıdır

Ukrayna böhranının nizamlanması üzrə danışıqlar başa çatdıqdan sonra BMT-nin himayəsi altında Ukraynaya sülhməramlı missiya göndərmək mümkün olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa ölkələrində müzakirələr gedir. Məsələn, BMT Baş Assambleyasının səfri Annalena Berbok deyib ki, əgər BMT-yə üzv ölkələrin əksəriyyəti bəyan etsələr ki, BMT-nin Ukraynada sülhməramlılığı zəruridir, o zaman bu istiqamətdə düşünülə bilər.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri bu ehtimalı sülh danışıqlarının prioritetliyi ilə əlaqələndirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Avropa liderlərini heç bir şeyə cavabdeh olmayan, lakin özlərini böyük fiqur kimi göstərməyi sevən İlf və Petrovun qəhrəmanları ilə müqayisə edib. Lavrov xatırladıb ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyətdə "işğal qoşunları"dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar.

Siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Avropa "bulanıq suda balıq tutmaq" siyasətindən istifadə edir.

Ekspertə görə, Avropa nə qədər ki, Ukrayna münaqişəsi var, bu vasitə ilə Rusiyaya təzyiqləri davam etdirməyə çalışır:

"Çünki belə münaqişələr Rusiyaya təzyiq göstərməyin ən gözəl variantıdır. Ancaq məsələ ondadır ki, Rusiya açıq formada Qərbi təhdid edir ki, əgər Ukraynada hansısa formada NATO-nun qoşunlarını, BMT-nin sülhməramlılarını görsə, onu özü üçün hədəf sayacaq. Sual yaranır ki, Rusiya bu qədər riskə gedərmi? Avropa ordusunu, özü də sülhməramlıları hədəf almaq o qədər inandırıcı görünmür. Görünür, Rusiya rəsmiləri Qərbi, Avropanı qorxutmaq, geri addım atdırmaq məqsədi ilə bu cür təhdidvari açıqlamalar verirlər”.

Samir Hümbətov: Rusiya rəsmiləri Qərbi, Avropanı qorxutmaq, geri addım atdırmaq məqsədi ilə bu cür təhdidvari açıqlamalar verirlər

Müsahibimizə görə, Avropa ölkələrinin Ukraynaya sülhməramlı göndərməsi də sual altındadır. S.Hümbətov hesab edir ki, hələlik Avropa buna tələsmir:

“Qərb ölkələri də Rusiyanı hədələmək məqsədi ilə, yaxud ola bilsin, Kiyevi arxayınlaşdırmaq üçün Ukraynaya qoşunlarını göndərə biləcəklərini söyləyirlər. Ancaq bu cür addımlar müharibəni kritik həddə gətirə bilər. Hazırda tərəflərin heç biri buna hazır deyil".

Aydın Baxış


SON XƏBƏRLƏR