• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

AYNA rəhbəri ictimai nəqliyyatda “tarif menyu”sunun tətbiqindən DANIŞDI

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 13:42

AYNA rəhbəri ictimai nəqliyyatda “tarif menyu”sunun tətbiqindən DANIŞDI

"Sərnişin daşımalarında elə avtobuslar var ki, nağdsız ödəniş aparatları fiziki olaraq yerləşmir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, lazımdır ki, operatorlar yeni avtobuslar alsınlar:

"Müsabiqə keçirək, operator udsun və sərnişindaşımaya cəlb olunsun. Bu isə zaman tələb edir".

O ictimai nəqliyyatda “tarif menyu”sunun tətbiqi məsələsinə də aydınlıq gətirib:

"Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Azərbaycanda sistemin tətbiq edilməsi üçün tam nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq”.


SON XƏBƏRLƏR