• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Gədəbəydə avtomobil vuran məktəbli bacı-qardaşın SON DURUMU

HADİSƏ

22 Sentyabr 2025 | 11:22

Gədəbəydə avtomobil vuran məktəbli bacı-qardaşın SON DURUMU

16.09.2025-ci il tarixində saat 11:40 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 azyaşlı (1-i kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib:

"Zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb".

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Sentyabr 2025